EN

Sivasda sərnişin avtobusu ilə TIR toqquşdu - 20 yaralı+ FOTO

Sivasın Yıldızeli rayonunda sərnişin avtobusu ilə TIR toqquşub. İlkin məlumata görə, 20 nəfər yaralanıb.

News365.az xəbər verir ki, 60 TY 450 nömrəli sərnişin avtobusu ilə 01 AUD 553 nömrəli TIR, Sivas-Tokat avtomobil yolunun Yıldızeli hissəsində toqquşub. Hadisə yerinə dərhal tibbi yardım, Fövqəladə Hallar İdarəsi (AFAD), polis və jandarma briqadaları göndərilib.

Yaralılar təcili yardım maşınları ilə şəhərdəki xəstəxanalara çatdırılıb. Qəzanın səbəbləri barədə araşdırma aparılır.

News365.az

Chosen
22
news365.az

1Sources