EN

Ermənstan və Türkiyə nazirləri görüşdülər

Sentyabrın 30-da Belqradda keçirilən RISE 2025 konfransı çərçivəsində Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş ilə görüşüb.

Modern.az xəbər verir ki, görüş zamanı sosial müdafiə sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Tərəflər iki ölkənin sektoral prioritetlərini və bu sahələrdə həyata keçirilən işləri müzakirə ediblər. Bu kontekstdə sosial xidmətlərin çeşidinin genişləndirilməsinin və keyfiyyətinin yüksəldilməsinin vacibliyini vurğulayıblar.

Həmsöhbətlər Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə də toxunaraq, sektor əməkdaşlığının da buna töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.

Chosen
9
1
modern.az

2Sources