EN

Azərbaycan çempionatında yeni hakim ÖZBAŞINALIĞI - VİDEO

II Liqanın dördüncü turunda hakim qalmaqalı qeydə alınıb.

Hadisə «Dinamo» - «Göygöl» matçında yaddaşlara keçib.

Rasim Musayevin başçılıq etdiyi hakimlər briqadası 1:1 bitən qarşılaşmada «hoqqa» verib. Referi və köməkçiləri üç epizodda «polislər»in əleyhinə mübahisəli qərarlarla yadda qalıb.

Aşağıdakı təqdim etdiyimiz görüntülərdən də aydın olur ki, baş hakim «Dinamo»nun başına nə «oyun» açıb.

O, öncə «Göygöl»ün qapıçısı Nicat Əmirxanovun cərimə meydançasında «polislər»in oyunçusuna qarşı kobudluğuna göz yumub, penalti nöqtəsini göstərib.

Artınca Valeh Seyidovun kiperlə təkbətək çıxmasına imkan verilməyib. Halbuki hücumçu ötürmə anında sonuncu müdafiəçidən 1 metr irəlidədir və heç bir ofsayddan söhbət gedə bilməz.

Üçüncü fraqment isə son dəqiqələrdə baş verib. Seyidov künc zərbəsindən sonra başla topu tora qovuşdursa da, «fit sahibi» qapıçıya qarşı kobudluq bəhanəsiylə qolu ləğv edib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Chosen
12
sportinfo.az

1Sources