EN

Moskvanı sülhə yalnız bu cür vadar etmək olar: Putin cə Rusiya ilə bağlı PƏRDƏARXASI MƏQAMLAR

Rusiyanın Ukraynaya qarşı müharibəni dayandıracağı ehtimalı beynəlxalq gündəmin əsas müzakirə mövzularından biridir. Hərbi ekspert Yevgeni Dikiyin fikrincə, Moskva yalnız iki halda sülhə razı ola bilər: ordusunun döyüş qabiliyyəti tükəndiyi və ya ölkə iqtisadi çöküş yaşadığı zaman. Maraqlıdır, bu şərtlərin yaxın perspektivdə reallaşması nə dərəcədə mümkündür?

Məsələni KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, bu yanaşma reallığa yaxın görünür:

Tural

“Rusiya hazırda müharibəni davam etdirmək üçün həm hərbi resurslarını, həm də iqtisadi imkanlarını maksimum səfərbər edib. Amma ordunun döyüş qabiliyyətini itirməsi birdən-birə baş verəcək hadisə deyil, daha çox tədrici prosesdir. Ukrayna Qərbdən fasiləsiz dəstək alarsa, texnoloji üstünlük rus ordusunun itkilərini artıracaq və effektivliyi zəiflədəcək”.

Politoloqun sözlərinə görə, iqtisadi sahədə də Qərbin sanksiyaları Rusiyanın maliyyə sisteminə, enerji ixracına və texnologiya əldə etməsinə ciddi təsir göstərir:

“Amma Rusiyanın enerji bazarından tam çıxarılması hələ real deyil. Moskva Çinə, Hindistana və digər ölkələrə yönələrək iqtisadi çöküşün qarşısını almağa çalışır. Bu isə tam çöküşdən çox, uzunmüddətli yavaşlama və zəifləmə perspektivini göstərir”.

Tural İsmayılov qeyd edib ki, ordunun mərhələli şəkildə zəifləməsi, iqtisadi struktur problemlərin dərinləşməsi, daxildə narazılığın böyüməsi və sosial yükün artması Kremlin mövqeyini çətinləşdirə bilər:

“Yaxınmüddətli perspektivdə nə tam hərbi güc itkisi, nə də tam iqtisadi çöküş real görünür. Amma orta və uzunmüddətli dövrdə bu şərtlərin hər ikisi mümkündür. Sülh üçün əsas katalizator məhz bu faktorlar ola bilər. Bununla belə, Kremlin siyasi iradəsi və ideoloji mövqeyi də həlledici amillərdən biridir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Chosen
19
2
konkret.az

3Sources