EN

Bakı və Abşeronda 100 mindən çox qanunsuz su istifadəçisi mövcuddur

"Bu gün Bakı və Abşeronda 100 mindən çox qanunsuz su istifadəçisi mövcuddur".

BAKU.WS xəbər verir ki, bunu bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, Bakı və Abşeron yarımadasında qanunsuz tikililərin sayı hədsiz çoxdur. Hazırda qanunsuz tikililərin qarşısının alınması ilə bağlı müvafiq qurumlar tərəfindən tədbirlər hətata keçirilir.

"Qanunsuz tikililərin bir çoxu tikinti üçün planlaşdırılmış ərazilərdən kənarda həyata keçirildiyinə görə belə yerlərdə tullantı sularının infrastukturu olmur. Təbii ki belə tikilən obyektlərə sənədlər verilmir. Bu gün Bakı və Abşeronda 100 mindən çox qanunsuz su istifadəçisi mövcuddur. Tikili var, yaşayış var, suya qoşulub, lakin faltiki olaraq onlar abonent deyil, sayğac quraşdırılmayıb. Bu da su itkisinə gətirib çıxarıb. Belə hallar xidmət səviyyəsini mümkünsüz edir. Artıq bir neçə ildir ki Bakıda inşa edilmiş qeyri yaşayış sahələrinin sənədləşdirilməsi və kommunal xidmətlərə qoşulması istiqamətində mərkəzləşdirilmiş qaydada iş aparılır". Sədr müavini həmçinin bildirib ki, 16 mindən çox qeyri yaşayış obyekti sənədləşdirilib. Onlar kommunal xidmətlərlə təm olunub. "Düşünürəm yaşayış evləri ilə də bağlı da bu təsbirlər həyata keçiriləcək", - deyə İlham Bayramov vurğulayıb.

Banu Hüseynli

Chosen
33
1
far.az

2Sources