Sentyabrın 30-da saat 16:12-də İrəvanın Ayas küçəsində yerləşən tikiş fabrikində partlayış olub.
“İki sahil” xəbər verir ki, hadisə yerinə Ermənistan Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin qüvvələri cəlb olunublar. İlkin məlumata görə, 4 nəfər xəstəxanaya yerləşdirilib. Partlayışın səbəbləri və digər fəsadları barədə hələlik heç bir məlumat yoxdur.
Yaralıların sayının artacağı ehtimal olunur.