EN

Tramp razılaşdı, Ərdoğan təşəkkür etdi Netanyahu ilə bağlı yeni qalmaqal

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa Qəzzada sülhün əldə olunması istiqamətdə göstərdiyi səy üçün təşəkkür edib. Bu, həm də Ankaranın ABŞ-ın İsrailin də razılıq verdiyi Qəzza planını təsdiqləməsi kimi dəyərləndirilir.

Sözügedən plan anklavda sülhün bərqərar olması ilə nəticələnə bilərmi? Proseslərin gedişatında Vaşinqtonun Ankara və Təl-Əviv arasındakı gərginliyin azalması ilə bağlı müəyyən addımlar atması mümkündürmü?

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Qəzzadakı vəziyyət olduqca gərgindir:

“Tramp və Ərdoğanın xoş sözləri, ümidverici ifadələr işlətməsi hələ heç nə demək deyil. Donald Tramp faktiki olaraq İsrailin Baş naziri Benyamin Netanyahunun təsiri altındadır və onun tərəfindən yönləndirilir. Qəzza bölgəsinə dair 21 bənddən ibarət bir plan hazırlanıb. Nyu-Yorkda BMT Baş Assambleyasının 80 illiyində iştirak edən Tramp, həmin müddətdə 8 ölkənin nümayəndələri ilə görüşə bilib. Bu ölkələr arasında Türkiyə də yer alır.

Doğrudur, plan daxilində vacib məqamlar da əksini tapıb. Atəşkəsin elan olunması, əsir və girovların mübadiləsi, HƏMAS fəallarının azadlığa buraxılması və digər məsələlər bu sənəddə qeyd olunur. Lakin İsrail özünü hələlik nizam-intizamlı tərəf kimi göstərmir. Bu səbəbdən, bölgədə heç bir irəliləyiş gözlənilmir. İsrail hakimiyyəti qarşıdurma zonasını genişləndirmək üçün əlindən gələni edir. Netanyahu isə iddialı çıxışlarla bildirir ki, guya yeddi cəbhədə döyüş aparılır. Halbuki İsrail ordusu ciddi itkilər versə də, bu faktlar cəmiyyətə açıqlanmır. Təl-Əviv hələ də HƏMAS-ı tam şəkildə neytrallaşdıra bilməyib. HƏMAS müxtəlif taktikalardan istifadə edərək İsrailin hərbi texnikasını, o cümlədən tanklarını sıradan çıxarır”.

Tofiq Abbasov

Politoloqun sözlərinə görə, Tramp özünü nikbin göstərməyə çalışsa da, onun dəfələrlə verdiyi vədlərdən geri çəkildiyini unutmaq olmaz:

“Tramp iddia edir ki, yeddi münaqişə həll olunub. Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizi məsələsini çıxmaqla, o, heç bir istiqamətdə real uğur əldə etməyib. Trampın yalnız ritorikası var. Nobel mükafatı almaq istəsə də, bu istiqamətdə heç bir konkret nəticə yoxdur.

Digər tərəfdən, əgər o, Benyamin Netanyahunun siyasi girovu olaraq qalacaqsa, Qəzzada müsbət heç bir proses baş verməyəcək. Daha bir paradoksal vəziyyət isə Netanyahu administrasiyası daxilində iki partiyanın ona qarşı çıxmasıdır. Onlar Netanyahunu təzyiqlə üz-üzə qoyaraq özlərinin siyasi girovuna çeviriblər. Hətta xəbərdarlıq ediblər ki, əgər onların dedikləri yerinə yetirilməsə, hakimiyyət dəyişikliyi baş verəcək. Ardınca isə Netanyahunun məhkəmə qarşısına çıxarılıb həbs ediləcəyi bildirilir. Bu da artıq real perspektivdir.

Tramp əgər dediklərini həyata keçirə bilərsə, Qəzza bölgəsinə uzun müddətdir gözlənilən sülh gələr.”

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
globalinfo.az

1Sources