EN

Tramp Paşinyanı “digər oğlan” adlandırıb

ABŞ Prezidenti Donald Tramp uzunmüddətli Ermənistan-Azərbaycan münaqişəsinin həllində yenidən öz rolunu qeyd edib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, D.Tramp bunu Virciniya ştatının Kuantiko piyada dəniz bazasına yola düşməzdən əvvəl jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu münaqişə 36 il davam edib: “Hamı deyirdi ki, bu münaqişə həll olunmayandır. Amma mən onu həll etdim”.

Eyni zamanda, o, Ermənistan Baş naziri Nikol Paşinyanı qeyd etməyib: “(…) Azərbaycan dövlət başçısı və o biri oğlan”.

Chosen
16
10
nocomment.az

10Sources