EN

Brüssel bütün uçuşları dayandırdı - Səbəb bu imiş

Brüssel hava limanı oktyabrın 14-nə planlaşdırılan bütün sərnişin reyslərini ləğv edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.

Bildirilir ki, buna səbəb hökumətin qənaət planına etiraz olaraq Belçika həmkarlar ittifaqının təşkil etdiyi ümummilli tətildir.

Nəşr qeyd edir ki, bu qərar sərnişinlərin və işçilərin təhlükəsizliyini təmin etmək üçün verilib və aviaşirkətlərlə razılaşdırılıb. Aeroport administrasiyası tətillərin onun fəaliyyətinə ciddi təsir etdiyini düşünür.

Agentliyin məlumatına görə, ümummilli tətilə Belçika hökumətinin sosial müavinətlər və pensiyalar üçün büdcəni ildə ümumilikdə 3 milyard avro azaltmaq planları səbəb olub.
Chosen
12
3
sherg.az

4Sources