Azərbaycanın ev sahibliyi etdiyi III MDB oyunları çərçivəsində taekvondo idman növü üzrə yarımfinal yarışları keçirilir.
Mingəçevir şəhərində yerləşən “Kür” olimpiya idman kompleksində start götürən yarışlarda 68 kiloqram çəki dərəcəsində çıxış edən taekvondoçumuz Vasif Səlimov qızıl medala sahib olub.
O, finalda Özbəkistandan olan rəqibi Turabov Umidcon üzərində qələbə qazanıb.