EN

Tramp ABŞ ordusuna 1 trilyon dollardan çox vəsait ayıracaq

BAKI, 30 sentyabr. TELEQRAF

2026-cı ildə ABŞ hökuməti ölkə ordusunun maliyyələşdirilməsinə 1 trilyon dollardan çox vəsait ayıracaq.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezident Donald Tramp Amerika generalları qarşısında çıxışında bildirib.

"2026-cı ildə ordumuza 1 trilyon dollardan çox vəsait xərcləməyi öhdəmə götürməyim çox vacibdir. Bir trilyon çox böyük puldur", - Amerika lideri bildirib.

Qeyd edək ki, sentyabrın 30-da ölkənin ali hərbi rəhbərliyinin nümayəndələri ABŞ-da toplaşıblar. Pentaqonun rəhbəri Pit Heqset general və admirallara müraciət edib . O, rəhbərlik etdiyi departamentin yeni missiyasının “sülhü müdafiə etmək üçün müharibəyə hazırlaşmaq” olacağını bəyan edib. O, pasifizmi təhlükəli və sadəlövhlük adlandırıb.

Müharibə naziri həmçinin ABŞ-ın hərbi potensialını və qoşun sayını artırmasının vacibliyini qeyd edib .

Chosen
18
teleqraf.com

1Sources