EN

Tanınmış aktyorun verilişdə qəfil HALI PİSLƏŞİB: Təzyiqim 155 ə qalxmışdı

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün efirdə tanınmış aktyor Allahverdi Yolçuyevin halı pisləşib.

Oxu.Az xəbər verir ki, "Günə uğurla" verilişində halı pisləşən aktyor üçün təcili yardım çağırılıb.

Hazırda aktyorun vəziyyətinin necə olduğunu öyrənmək üçün onunla əlaqə saxladıq.

Oxu.Az-a açıqlamasında Allahverdi Yolçuyev bildirib ki, özünü yaxşı hiss edir.

"İndi yaxşıyam. Efirdə birdən-birə özümü pis hiss etdim. Təzyiqim 155-ə qalxmışdı. İlk dəfədir, məndə belə təzyiq olur. Həkimlər gəldilər, dərman verdilər. İndi yaxşıyam, hər şey qaydasındadır", - deyə A.Yolçuyev bildirib.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
2
oxu.az

4Sources