Rusiya Fələstin-İsrail münaqişəsinin həlli istiqamətində ABŞ prezidenti Donald Trampın bütün səylərini dəstəkləyir.

Leqal.info xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Rusiya ABŞ prezidentinin planının reallaşmasını istəyir.

Putin sözçüsü, həmçinin vurğulayıb ki, Moskva Vaşinqtonun Yaxın Şərq sülh planında iştirak etmir: ”Rusiya ABŞ-dan bununla bağlı heç bir siqnal almayıb. Moskva Yaxın Şərq münaqişəsinin tərəfləri ilə təmas saxlayır və lazım gələrsə, münaqişənin sülh yolu ilə həllinə səy göstərməyə hazırdır”.

Leqal.info