"Yarışa böyük həvəslə hazırlaşmışdım. Özümə inamım böyük idi".
Apasport.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində III MDB Oyunlarının Mingəçevir “Kür” Olimpiya Mərkəzində təşkil olunan taekvondo yarışlarında qızıl medal qazanan Vasif Səlimov deyib.
O, gələcəkdəki hədəfinin Olimpiya çempionluğu olduğunu vurğulayıb: "Rəqiblərim güclü olsa da mən inamlı mübarizə apararaq öz çəki dərəcəmdə qızıl medal qazandım. Gələcəkdəki hədəfim olimpiya çempionu olmadır. İnanıram ki, mən olimpiya çempionu olaraq bayrağımızı beynəlxalq arenalarda dalğalandıracam".
Qeyd edək ki, taekvondo millimiz III MDB Oyunlarını 22 medalla başa vurub.
AFFA açıqladı: AYXAN ABBASOV RƏHBƏRLİK EDƏCƏK
De Bleker VI turdakı mübahisəli epizodları şərh edib
II Liqa: “Qaradağ Lökbatan”dan qələbə, iki heç-heçə
“Qəbələ”də 5-ci debüt
“Qarabağ”dan inanılmaz qələbə: 16:0!