EN

Amerikalı konqresmen yadplanetlilərin Yerdəki bazalarının harada ola biləcəyini açıqladı

BAKI, 30 sentyabr. TELEQRAF

Amerikalı konqresmen Yer kürəsində yadplanetlilərin bazalarının harada yerləşə biləcəyini açıqlayıb.

Teleqraf "Daily Star" istindən xəbər verir ki, Nümayəndələr Palatasının Nəzarət Komitəsinin üzvü Tim Burçettə görə, yerdənkənar varlıqlar Yerin dərin qatlarında, okeanların diblərində gizlənə bilərlər. O, bəşəriyyətin Ay haqqında öz okeanlarından daha çox şey bildiyini iddia edib.

Siyasətçi vurğulayıb ki, ABŞ sahillərində, beş və ya altı dəniz bölgəsində UFO-lar dəfələrlə müşahidə olunub. Onun sözlərinə görə, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti sualtı obyektlərin saatda yüzlərlə kilometr sürətlə hərəkət etdiyini, hər hansı bir müasir sualtı qayıqdan əhəmiyyətli dərəcədə sürətli olduğunu bildirib.

"Bu gəmiləri gördüklərini bildirən Hərbi Dəniz Qüvvələrimiz var. Bizdə ən yaxşısı saatda 40 mildən az sürətlə hərəkət edən sualtı qayıqlardır", - Burçett müsahibəsində deyib.

Konqresmen daha əvvəl ABŞ hökumətini UFO-lar və digər “əcaib məxluqlar” haqqında məlumatları gizlətməkdə ittiham edib. O, ordunun yadplanetlilərə məxsus təyyarələr tapdığını iddia edir.

Yerdənkənar hadisələri araşdıran Maykl Salla da əlavə etdi ki, yadplanetlilərin sualtı bazalarının ən çox ehtimal olunan yeri Baham adaları yaxınlığındakı Atlantik okeanıdır. Çox vaxt “51-ci sualtı ərazi” ilə müqayisə edilən ABŞ Hərbi Dəniz Qüvvələrinin gizli obyekti AUTEC orada yerləşir. Ərazi UFO-ların suya girib çıxması ilə bağlı çoxsaylı məlumatlarla tanınır.

Chosen
10
3
teleqraf.com

4Sources