EN

“Trendyol” “INMerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır - Fotolar

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması "Trendyol" regionun ən böyük innovasiya tədbiri "INMerge" İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır.

"PAŞA Holding"in təşkilatçılığı ilə 29-30 sentyabrda baş tutan sammit regionda innovasiyaların inkişafına töhfə vermək, ekosistemin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaq, startap və investorları bir araya gətirmək məqsədi daşıyır.

Tədbirin ikinci günündə "Trendyol"un dəstəyilə "Regional çempionların yüksəlişi: aparıcı e-ticarət şirkətləri sərhədləri necə aşır?" mövzusunda panel müzakirəsi təşkil olunub. Paneldə iştirak edən çıxışçılar regional şirkətlərin müxtəlif bazarlardakı iş prinsipləri, lokal ekosistemə inteqrasiyaları və lokallaşma strategiyaları haqqında danışıblar. pizza

"Trendyol"un beynəlxalq genişlənmə üzrə rəhbəri İrem Çağrı Yılandil şirkətin yeni bazarlardakı strategiya və təcrübəsini bölüşüb:

"Biz fəaliyyət göstərdiyimiz hər bir bazarda müştərilərimizin gözləntilərini, vərdişlərini və üstünlüklərini anlayırıq və dəyərli təcrübələr yaratmaq üçün bu çox önəmlidir. Məqsədimiz fəaliyyət göstərdiyimiz bazarlarda sadəcə satışlarımızı artırmaq yox, yerli ekosistemin aktiv bir hissəsinə çevrilmək və bazarın inkişafına töhfə verməkdir. Beləliklə də, əsas ölçü meyarımız fəaliyyət göstərdiyimiz ölkələrin sayı yox, aktiv və sadiq müştəri bazası, onların alış-veriş tezliyi və aldıqları xidmətə verdikləri rəydir. Məhz bu yanaşma ilə biz Azərbaycanda da fəaliyyət göstəririk və artıq 2.5 milyon istifadəçi qazanmışıq. Bu da ölkə əhalisinin 20 faizindən çoxunu əhatə edir", - deyə İrem Çağrı Yılandil əlavə edib.

Azərbaycan, Mərkəzi və Şərqi Avropa, Almaniya və Körfəz regionunda da genişlənən "Trendyol" hazırda 250 mindən çox satıcı vasitəsilə 40 milyondan çox müştəriyə xidmət göstərir. Platformada 40 milyondan artıq məhsul mövcuddur.

"Trendyol" üçüncü ildir ki, əsas tərəfdaş və e-ticarət tərəfdaşı kimi "INMerge" Sammitinə qoşulur.


Telegram kanalımız
Chosen
15
9
yenisabah.az

10Sources