EN

III MDB Oyunları: Azərbaycanın bir taekvondoçusu finalda, digəri bürünc medal qazanıb

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında taekvondo yarışlarının yarımfinal mərhələsinə start verilib.

90deqiqe.Az xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışı təmsilçimiz Vasif Səlimov (68 kiloqram) uğurla başa vurub. O, qırğızıstanlı Ramazan Cikanbayevi məğlub edərək finala vəsiqə qazanıb.

Qızların 57 kiloqram çəki dərəcəsində çıxış edən Nigar Abdullayeva isə yarımfinalda Özbəkistan təmsilçisi Aminaxon Kamalovaya uduzub və bürünc medalla kifayətlənib.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirakı ilə keçirilən III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Chosen
21
2
90deqiqe.az

3Sources