EN

10 illik cəza yenidən tətbiq edildi: Bakı İrana və Rusiyaya pis xəbəri verəcək?

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

İranın “Hörmüz” şirkəti Sirikdə dörd ədəd təkmilləşdirilmiş üçüncü nəsil atom elektrik stansiyası qurğusunun tikintisi və istismarı üçün Rusiyanın “Rosatom” şirkəti ilə 25 milyard dollarlıq icra müqaviləsi imzalayıb.

Müqavilənin İran və Rusiya arasında nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində birgə əməkdaşlığın inkişafını hədəflədiyi bildirilir. Layihə çərçivəsində Moskvanın dəstəyi ilə İran ərazisində dörd ədəd atom elektrik stansiyası tikiləcək.

Kremlin Tehrana bu yatırımının məqsədi nədir? Sözügedən layihə regiondakı ümumi vəziyyətə, o cümlədən İranla bağlı proseslərə necə təsir edəcək?

Globalinfo.az-a danışan politoloq Elşad Həsənov bildirib ki, Rusiya ilə İran arasında imzalanmış müqaviləyə əsasən, 4 atom elektrik stansiyasının tikintisinə razılıq verilib.

“Lakin bu razılaşmanın reallaşması qeyri-müəyyəndir. Hər bağlanan müqavilə yerinə yetirilmir. Hazırda həm İran, həm də Rusiya beynəlxalq təzyiqlər altında, küncə sıxılmış vəziyyətdədir. Onlar arasında hərbi əməkdaşlıq getdikcə güclənir. Rusiya, Ukrayna müharibəsində İranın raketlərindən, PUA-larından və digər hərbi texnikalarından geniş istifadə edir. Bu texnikaların alış həcmi hər dəfə artır. Əvəzində isə Moskva bu ölkədə dörd atom elektrik stansiyasının tikintisinə razılaşıb. Lakin layihənin reallaşmasına beynəlxalq güclər imkan verməyəcək.

Sentyabrın 28-də İrana yeni sanksiyalar tətbiq olunub. Bu sanksiyalar 2015-ci ildə ləğv edilmişdi. Avropa, xüsusilə Böyük Britaniya və Fransa, İrana öz müfəttişlərini göndərmək, nüvə obyektlərində yoxlamalar aparmaq təklifi ilə çıxış etdilər. Tehran hökuməti isə bu təklifə “yox” cavabı verdi. Yeni sanksiyalar nəticəsində hətta Rusiyadan İrana qaz kəmərinin çəkilişi də dayandırıla bilər. Plana əsasən bu qaz kəməri Azərbaycan ərazisindən keçməli idi. Lakin rəsmi Bakı hələlik məsələyə münasibət bildirməyib. Sanksiyalar qüvvəyə mindikdən sonra Azərbaycanın bu layihəyə müsbət yanaşacağını düşünmürəm”.

Elşad Həsənov

Politoloq qeyd edib ki, Rusiya iqtisadiyyatı tənəzzül ərəfəsindədir:

“Avropa İttifaqı (Aİ) isə hərbi potensialını gücləndirmək üçün ciddi addımlar atır. ABŞ-dan alınan raketlər, mərmilər, toplar Ukraynaya göndərilir. Onlar başa düşürlər ki, Ukrayna məğlub olarsa, növbəti hədəf özləridir. Aİ daxilində Hərbi Müdafiə Fondu yaradılıb, həmçinin yeni hərbi zavodlar tikilir.

İranda da vəziyyət gərgindir. Generalları bəyan edirlər ki, 12 günlük müharibə zamanı hərbi güclərinin yalnız 30 faizindən istifadə ediblər. Hətta müharibənin uzanacağı təqdirdə İsraili yer üzündən siləcəklərini bildirirdilər. Amma bu, reallaşmadı. Əksinə, Təl-Əviv İran daxilində nüvə alimlərini və generallarını hədəfə alaraq onları zərərsizləşdirdi”.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
1
globalinfo.az

2Sources