EN

Fon der Lyayen: Avropa Komissiyası “dron divarı” üçün təcili tədbirlər təklif edəcək - ÖZƏL

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib ki, Komissiya NATO-nun şərq cinahında "dron divarı" yaratmaq üçün təcili tədbirlər irəli sürəcək.

"Biz şərq cinahının müşahidəsi çərçivəsində 'dron divarı' yaratmaq üçün təcili tədbirlər təklif edirik", - deyə o, mətbuat konfransında qeyd edib.

Olaylar xəbər verir ki,layihə Ukrayna və Şimali Atlantika Alyansı ilə əməkdaşlıq şəraitində həyata keçiriləcək.

Rusiya prezidenti mətbuat katibi Dmitri Peskov Avropa Komissiyasının şərqdə "dron divarı" layihəsini uğursuz ideya adlandırıb.

Layihədə Britaniya-Ukrayna pilotsuz uçuş aparatlarından (BPUA) istifadə olunacağı da bildirilib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
13
olaylar.az

1Sources