EN

MDB Oyunları: Azərbaycanın stend atıcıları günü 3 medalla başa vurublar

Azərbaycanın stend atıcıları III MDB Oyunlarında uğurlu çıxışlarını davam etdiriblər.

90deqiqe.Az xəbər verir ki, son olaraq səngər stendi üzrə qarışıq komanda yarışlarında Mürtəza Novruzlu və Nərmin Cəfərova dueti bürünc medal əldə edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Bundan öncə kişilər arasında dairəvi stend yarışında Cavid Həsənov gümüş, qadınların mübarizəsində isə Daniyella Ulanova bürünc medal qazanmışdı.

Beləliklə, Azərbaycan stend atıcıları günü ümumilikdə 3 medalla başa vurublar.

Qeyd edək ki, stend atıcılığı üzrə yarışlara oktyabrın 1-də yekun vurulacaq.

 

Chosen
23
1
90deqiqe.az

2Sources