EN

Qazaxıstan nadir metallarla önə çıxacaq

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qazaxıstan Respublikasında nadir torpaq metalları mədənləri əsasında yüksək mərhələli istehsal prosesinin yaradılması planlaşdırılır. Reyting.az-ın məlumatına görə, Qazaxıstanın Sənaye və tikinti nazirinin müavini İran Şarxan "Mining Metals Central Asia" sərgisində deyib ki, hökumət filizdən son məhsula qədər tam istehsal zəncirini qurmaq niyyətindədir. Artıq ölkədə nadir torpaq sənayesinin inkişaf konsepsiyası və yol xəritəsi hazırlanıb.Hazırda Qazaxıstanda bu cür yeni, böyük yataqların yerləşdiyi ərazilərin dəqiqliklə müəyyənləşdirilməsinə başlanılıb. Qaraqandı vilayətinin ərazisində yerləşən Kuyrektykol yatağından maqnitlər, eləcə də yarımkeçiricilərdə istifadə edilən, eyni zamanda, Qazaxıstanın sənayesi üçün əhəmiyyətli sayılan lantanidlərin böyük ehtiyatları aşkarlanıb. İran Şarxan bildirib ki, ilkin hesablamalar görə, həmin ərazilərdə 800 min tonadək nadir torpaq metallarının ehtiyatı mövcuddur.Qazaxıstan dövləti 2026–2028-ci illərdə geoloji kəşfiyyata böyük həcmdə vəsait ayıracaq. Cari ilin sonunadək Qazaxıstan hökuməti tərəfindən təxminən 100 min kv. km nəhəng ərazini əhatə edən böyük layihə-smeta sənədlərinin hazırlanacağı nəzərdə tutulur.Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
1
reyting.az

2Sources