EN

İlon Mask daha bir dünya nəhənginə RƏQİB YARADIR

Amerikalı milyarder İlon Mask tərəfindən yaradılmış "xAI" şirkəti “Vikipediya”nın alternativ versiyasını hazırladığını elan edib.

"Ölkə.az" xəbər verir ki, yeni platforma “Grokipediya” adlanır və orijinal “Vikipediya”da sitat gətirilməsi qadağan olunan mənbələrə əsaslanaraq məzmun yaradacaq. Bu resurs ictimaiyyət üçün açıq olacaq.

Bu təşəbbüs, mövcud modelin bəzi media mənbələrinin faktoloji baza kimi istifadəsinə qoyulan məhdudiyyətlərinə yönəlmiş tənqidlərdən sonra ortaya çıxıb. Keçmiş investisiya bankiri Con Lefevr qeyd edib ki, “Vikipediya”da qadağan olunmuş mənbələr siyahısına "Fox News", "Breitbart", "Daily Caller", "Epoch Times", "New York Post" və "Federalist" kimi nəşrlər daxildir.

Amerikalı investor Devid Saks bildirib ki, bu istisna edilmiş mənbələri nəzərə alan süni intellekt əsaslı bir həll üçün açıq bazar imkanı mövcuddur və bu, “Vikipediya”nı yenidən yazmaq üçün bir fürsətdir.

Bu şərhlərə cavab olaraq İlon Mask "xAI" şirkətinin belə bir ensiklopediya yaratmaq planlarını təsdiqləyib. O bildirib ki, layihə “bəşəriyyətin bütün bilikləri naminə” həyata keçiriləcək və nəticələri açıq şəkildə paylaşılacaq.

Mask əlavə edib ki, “Grokipediya”nın hazırlanmasına onun süni intellekt şirkəti xAI cavabdehdir və bu şirkət "Grok" adlı süni intellektin inkişafı ilə məşğuldur. Milyarderin fikrincə, yeni layihə “Vikipediya”nın əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş versiyası olacaq. O, bunu həmçinin xAI-nin “Kainatı dərk etmək” məqsədinə doğru atılmış vacib addım kimi xarakterizə edib.(Publika.az)

Chosen
18
3
olke.az

4Sources