EN

Filippin sahillərində güclü zəlzələ baş verdi

Filippin sahillərində 6.9 maqnitudalı zəlzələ qeydə alınıb.

News24.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Boqo yaşayış məntəqəsindən 18 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.

Chosen
76
3
news24.az

10Sources