EN

Millinin baş məşqçisi: Bu uşaqlar yeni meydançalar görməli, təcrübə qazanmalıdırlar

GƏNCƏ, 30 sentyabr. TELEQRAF

“Millimiz ilk setdə normal oynadı. İkinci və üçüncü stress var idi”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət voleybol millisinin baş məşqçisi Cahangir Seyed Abbasi III MDB Oyunlarının ilk oyununda Qırğızıstan üzərində 3:0 hesablı qələbəni şərh edərkən deyib.

O, rəqibin təcrübəli olduğunu söyləyib: “Üçüncü set uzansa da bizim uşaqlar oyunu nəzarətdə saxlaya bildilər. Bu çox önəmli məsələdir. Komandamız bu yarışlarda ən gənc komandadır. Oyunçularımızın çoxu 2009-cü il təvəllüdlüdürlər. Təbiidir ki, bu uşaqlar yeni meydançalar görməli, təcrübə qazanmalıdırlar”.

Chosen
34
teleqraf.com

1Sources