Almaniyada Bundesverə məxsus hərbi nəqliyyat təyyarəsi atəşə tutulub.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” məlumat yayıb.
Nəşrin məlumatına görə, naməlum şəxslər Bundesverə məxsus C-130 hərbi nəqliyyat təyyarəsini atəşə tutublar.
Hadisə Celle aerodromundan qalxışdan dərhal sonra, cümə günü saat 12:00 radələrində baş verib.
Məlumata görə, naməlum şəxslər təyyarəyə pirotexniki vasitələrlə atəş açıblar. Hücum nəticəsində təyyarəyə zərər dəyməyib, lakin pilotlar parlayış və sonra güclü partlayış səsləri eşitdiklərini bildiriblər.
Hadisə yerinə hərbçilər və polis əməkdaşları cəlb olunub, lakin şübhəlilər tapılmayıb.
Xuraman Etibarlı
İnterpress.az