EN

“Barselona”nın keçmiş prezidenti maliyyə qalmaqalında ittiham olunur

“Barselona”nın prezidenti Joana Laporta keçmiş rəhbəri Xosep Bartomeunu braziliyalı qanad oyunçusu Malkom və fransalı hücumçu Antuan Qrizmannın transferlərində maliyyə maxinasiyalarında ittiham edib.

90deqiqe.Az-ın "Cadena Ser"ə istinadən məlumatına görə, sabiq prezident oktyabrın 24-də ifadə verəcək.

İttihama əsasən, Xosep Bartomeu bəzi transferlər üzrə komissiya haqlarını süni şəkildə artırıb və vəsaitin bir hissəsi saxta şirkətlərə köçürülüb. Məsələn, Malkomun transferi üçün 10 milyon avro komissiya haqlarının ödənilməsi transferin reallaşmasından xeyli sonra razılaşdırılmış müqavilə əsasında həyata keçirilib.

Xosep Bartomeu yanvar 2014-cü ildən oktyabr 2020-ci ilədək “Barselona”nın prezidenti olub. O, daha əvvəl klubda vitse-prezident və idarə heyəti üzvü kimi fəaliyyət göstərib.

Chosen
74
90deqiqe.az

1Sources