EN

Kitab həvəskarlarının Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş gəlişi təmin ediləcək

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 1-də Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisi başlanır.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, oktyabrın 7-dək davam edəcək builki sərgi “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunub.

Sərgidə iştirak etmək istəyənlərin metronun “Elmlər Akademiyası” (09:00 - 17:00), “28 May” (09:00 - 17:30) və “Koroğlu” (09:00 - 18:00) stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.

Avtobusların Bakı Ekspo Mərkəzinə yola düşmə və geri dönüşünü əks etdirən cədvəli təqdim edirik.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
11
azertag.az

10Sources