EN

Qəfil ölümlərin qarşısını necə almaq olar? Kardioloq AÇIQLADI

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Əməkdar artist Cabir İmanovun vəfatından sonra qəfil ürək dayanması mövzusu yenidən gündəmə gəlib. Məsələ ilə bağlı bir çox kardioloq bu cür halların qarşısının alınması yollarından bəhs edib.

Mövzu ilə bağlı danışan kardioloq Tofiq Sadıqov bildirib ki, qəfil ölümlərin qarşısını almaqda ən vacib addım hər bir vətəndaşın qapalı ürək masajını bilməsidir.

"Hər bir şəxsin ilkin yardım, yəni qapalı ürək masajı etmə bacarığı olmalıdır. Beş dəqiqə ərzində xəstəyə ürək masajı edilməli, süni tənəffüs verilməlidir. İlkin tibbi yardımın vaxtında yerinə yetirilməsi xəstənin həyatının xilas olunmasında önəmli rol oynayır", - deyə həkim vurğulayıb.

Kardioloq qəfil ürək dayanması hallarında ilk tibbi müdaxilənin kritik əhəmiyyət daşıdığını qeyd edərək, vətəndaşları bu sahədə biliklərini artırmağa çağırıb.

Mövzu ilə bağlı daha ətraflı Baku TV-nin süjetində:

Qəfil ölümlərin qarşısını necə almaq olar? - Kardioloq AÇIQLADI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
3
oxu.az

4Sources