EN

Heyvan və bitki mənşəli süd bağırsaq sağlamlığına necə təsir edir?

Həm heyvan, həm də bitki mənşəli süd sağlamlıq üçün faydalıdır, lakin alimlərin fikrincə, heyvan südü faydalı bağırsaq mikroflorasını daha yaxşı dəstəkləyir. Bu isə düzgün qidalanma rasionunun tərtibində nəzərə alınmalı amillərdəndir.

E-saglam.az xəbər verir ki, Həm heyvan, həm də bitki mənşəli süd sağlamlıq üçün faydalıdır, lakin alimlərin fikrincə, heyvan südü faydalı bağırsaq mikroflorasını daha yaxşı dəstəkləyir. Bu isə düzgün qidalanma rasionunun tərtibində nəzərə alınmalı amillərdəndir.

Dünyada, xüsusilə Avropada bitki mənşəli süd əvəzedicilərinə maraq getdikcə artır. Bu içkilər heyvan südündəki bəzi qida maddələrini təmin edə bilsələr də, zülal və yağ tərkibi baxımından əhəmiyyətli fərqlər qalır.

Bitki mənşəli südün tərkibində nə laktоza, nə də xolesterin var. Buna görə də xüsusi pəhriz məhdudiyyətləri olan insanlar üçün daha əlverişlidir. Süd məhsullarının bağırsaq mikrobiotasına təsiri ilə bağlı araşdırmalar hələ yeni başlanğıc mərhələsində olsa da, mövcud nəticələr göstərir ki, həm heyvan, həm də bitki südü bağırsaq sağlamlığına müsbət təsir göstərə bilər – sadəcə, fərqli mexanizmlər və nəticələrlə.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
9
e-saglam.az

1Sources