EN

“Mançester Yunayted”də baş məşqçi postuna yeni namizəd

“Bornmut”un baş məşqçisi Andoni Iraola "Mançester Yunayted"in baş məşqçi postuna gətirilə bilər.

90deqiqe.Az xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi 43 yaşlı mütəxəssisi Ruben Amorimə əvəzləyici olaraq nəzərdən keçirir. "Qırmızı şeytanlar" artıq ispaniyalı mütəxəssisin agenti ilə danışıqlara başlayıb.

“Bornmut” isə baş məşqçini komandada saxlamaq üçün ona yeni müqavilə təklif etməyi planlaşdırır.

Iraola 2023-cü ilin yayında “Bornmut”a baş məşqçi təyin olunub və üç illik müqavilə imzalayıb. İngiltərə Premyer Liqasının cari mövsümündə altı turdan sonra “şaftalılar” 11 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıblar.

Qeyd edək ki, oktyabrın 3-də “Bornmut” “Fulhem”i qəbul edəcək. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Chosen
26
90deqiqe.az

1Sources