EN

Naxçıvanla maneəsiz nəqliyyat regionun bütün ölkələri üçün faydalı olacaq - Türkiyə Milli Təhlükəsizlik Şurası

Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz daşımalara imkan yaradacaq nəqliyyat əlaqəsi əhəmiyyət kəsb edir və regionun bütün ölkələri üçün faydalı nəticələr doğuracaq.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının sentyabrın 30-da Ankarada keçirilən iclasının yekunlarına dair bəyanatda qeyd edilib.

İclasda Türkiyənin Cənubi Qafqazda sülhün bərqərar olmasında mövqeyi vurğulanıb.

İclasda Ermənistanla normallaşma prosesi ilə yanaşı, Yaxın Şərqdəki vəziyyət, Kipr, Suriya, İraq və Ukrayna-Rusiya müharibəsi kimi məsələlər də müzakirə edilib.

Bizim.Media

Chosen
5
6
bizim.media

10Sources