EN

Tramp Rusiya-Ukrayna müharibəsinin həll olunacağına əminliyini ifadə edib

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin həll oluna biləcəyinə əminliyini ifadə edərək, buna nail olmağın onun gözlədiyindən də çətin olduğunu etiraf edib.

News365.az xəbər verir ki, Amerika administrasiyasının rəhbəri bu mövqeyi ABŞ Silahlı Qüvvələrinin yüksək rütbəli komandanlığı qarşısında çıxışı zamanı açıqlayıb.

"Düşünürəm ki, biz buna son qoyacağıq. Lakin bu münaqişənin həlli ən çətin olduğu ortaya çıxıb. ABŞ Ukrayna böhranına pul xərcləmir. Biz NATO-ya avadanlıq satırıq, NATO onun pulunu ödəyir və Ukraynaya və ya başqasına verir. Onlar həmin vəsaiti özündə saxlaya bilərlər", - deyə o vurğulayıb.

Chosen
11
2
news365.az

4Sources