EN

Bakıda gün ərzində neçə avtobus fəaliyyət göstərir? RƏSMİ AÇIQLAMA

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Bakı şəhərinin inzibati ərazisində avtobusla müntəzəm sərnişin daşımaları xidməti 27 daşıyıcı tərəfindən təqdim edilir. Hazırda gündəlik sərnişindaşıma fəaliyyətinə 180 marşrut üzrə 2300 avtobus cəlb edilir".

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumatda qeyd edilir ki, Bakıətrafı qəsəbələr üzrə sərnişindaşıma keyfiyyətinin artırılması işləri davam etdirilir:

"İctimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə avtobus parkının yenilənməsini daim diqqət mərkəzində saxlanılır.

Sərnişindaşıma bazarında rəqabətli mühitin yaradılması, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi məqsədilə marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır".

Orxan Hüseyn

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
1
baku.ws

2Sources