EN

"Danışacağam, ehtiyatlı olsunlar" - Həmkarlarını HƏDƏLƏDİ

"Əməkdar artistlər Ədalət Şükürov və Vasif Məhərrəmli 10 il əvvəl hovuzda şəkil çəkdirib efirə göndərmişdilər. Efirdən də yayılmışdı və insanlar da bunu qəbul etmişdi. Onların hər ikisi də sağdır. Efirə çıxdım və dedim ki, məni, ailəmi aldadan müğənnini ifşa edərəm".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Elgizlə izlə" proqramında deyib.

Sənətçi qeyri-səmimi olan həmkarlarını hədələyib:
 

"İnsanları bu şeylərə inandırırsan və bütün cəmiyyətə mesaj verirsən. Dedim ki, Vasiflə Ədalət Quba rayonunda çimiblər, köhnədən qalan nişanda Quba yox, Kuba yazılıb. O vaxtdan orada qalıb. Bunlar da çıxıb efirdə deyirlər ki, Kubaya getmişdik, keçmiş Prezident Fidel Kastro gəlib bizimlə çimdi.


Dedi ki, amma məni göstərməyin. öz çimdiyimiz hissəni sizə təqdim edirik. İnsanlarımız bu qədər safdılar, inanırlar. Dəyişik fikrin sahibləri də onları qarışqa kimi əzir. Buradan bütün müğənnilərə üz tuturam, qeyri-səmimisinizsə, bu sənəti atın, gedin qaynaqçı olun. Sən millətə mesaj verirsən, bunu düzgün et, səmimi ol. Mən də düzgün və ya yalan danışıram, amma bilsəm ki, mesajımda xalqıma zərər var, onu özümə bağışlamaram.

Məni eşidənlər həyatdadır, onlar haqqında nə istəsəm danışaram, amma ehtiyatlı olsunlar. Çünki mən danışacağam.

Mən ilahi ədalətin qarşısında susan insan deyiləm. Niyə susum ki? Sözümün arxasında əməlim olmasa, kimə lazımdır". (axsam.az)

Bizim.Media

Chosen
10
2
bizim.media

4Sources