EN

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Gənclərin İqlim Forumu işə başlayıb (FOTO)

Bakı. Trend:

Sentyabrın 30-da Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2025)çərçivəsində Gənclərin İqlim Forumu işə başlayıb.

Azərbaycan və dünyanın müxtəlif ölkələrindən gəncləri bir arayagətirən Gənclərin İqlim Forumunda gün ərzində rəqəmsaltransformasiya, təmiz enerji, şəhərsalma və iqlim diplomatiyasımövzularında keçirilən panellər gənclərin COP29 irsini davametdirməklə yanaşı, iqlim fəaliyyəti üzrə innovativ yanaşmaları necəformalaşdırdıqlarını da nümayiş etdirdi.

Trend xəbər verirki, forumda çıxış edən Azərbaycan Prezidentinin İqlim məsələləriüzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev COP29Sədrliyinin uşaqları və gəncləri bütün fəaliyyətlərin prioritetinəçevirdiyini deyib.

“Bu, onların ehtiyac və səslərinin hər bir müzakirədə və qərardaöz əksini tapması demək idi. Həmin yanaşmamızın nəticələrindənqürur duyuruq. Tarixi razılaşmamız olan “Bakı Maliyyə Çərçivəsi”bütün tərəfləri və vətəndaş cəmiyyətini uşaqlar və gənclərin iqlimmaliyyəsi ilə dəstəklənməsinə çağırdı. Biz razılaşdıq ki, iqlimdəyişikliyinin təsirlərinə uyğunlaşmada əldə olunan irəliləyişlərölçülərkən gənclərin ehtiyacları mütləq nəzərə alınsın. Həmçininölkələrin yaşa uyğun iqlim planları hazırlamasını və bu prosesəgənclərin bilavasitə cəlb olunmasını təşviq etdik. Bu istiqamətdə“İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsünü”təqdim etdik. Bu təşəbbüs beynəlxalq iqlim strategiyalarındatəhsilin, potensialın artırılmasının və bacarıqların inkişafınınvacibliyini vurğuladı. Paralel olaraq, ekoloji savadlılıqgöstəricilərinin hazırlanması üçün “Yaşıl Təhsil Tərəfdaşlığı”nıtəsis etdik. Bundan başqa, UNICEF-i “Uşaqlar və İqlim Fəaliyyətiüzrə Dostlar Qrupu”nun yaradılmasında dəstəklədik. Bizim üçünxüsusi önəm daşıyırdı ki, Azərbaycan gəncləri COP prosesinəbilavasitə cəlb olunsun. Ölkəmizin müxtəlif bölgələrindən gənclərkönüllü şəkildə konfransın təşkilinə qatıldılar, həmrəylik nümayişetdirdilər, Azərbaycanın qonaqpərvərliyini bütün dünyayagöstərdilər və hər kəsə gənclərin enerjisini, qətiyyətini və iqlimhəllərinə sadiqliyini sübut etdilər. COP29-un özündə isə biz“Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti üzrə Bakı Bəyannaməsini”qəbul etdik. Həmin sənəd uşaqlara və gənclərə yönəlik iqlimsiyasətlərinin sürətləndirilməsinə dair öhdəliyimizi təsdiqlədi.İndi isə Azərbaycan hökuməti bu vədləri yerinə yetirmək əzmindədir.Biz gənclərimizin yaşıl keçid dövründə uğurla irəliləməsi üçünlazım olan bilik, bacarıq və imkanlarla təmin olunmasını qarşımızaməqsəd qoymuşuq. Azərbaycan gəncləri həm də Braziliyanın növbətisədrliyi və Gənclər üzrə İqlim Çempionu ilə sıx əməkdaşlıq edəcək,gənclərin iqlim fəaliyyətinin mərkəzində qalmasına dəstəkgöstərəcəklər", - deyə Muxtar Babayev diqqətə çatdırıb.

Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un başdanışıqçısı Yalçın Rəfiyevin sözlərinə görə, COP29 gənclərinbaxışlarının inteqrasiyası baxımından ən inklüziv konfranslardanbiri kimi tarixə düşdü: “Bizim fəaliyyətimiz yalnız danışıqlarmasası ilə məhdudlaşmadı, həmçinin sədrliyimizin konsepsiyasında dagənclərin rolu nəzərə alındı. Bütövlükdə yanaşmamız, gənclərinqlobal miqyasda ehtiyac və prioritetlərini özündə əks etdirdi.

Bu gün biz çoxtərəfli diplomatiya və qlobal iqlim fəaliyyətindəyeni və ümidverici mərhələyə qədəm qoyuruq. Həmin mərhələ təkcəbeynəlxalq sistem üçün deyil, bütövlükdə iqlim gündəliyimiz üçün dəböyük əhəmiyyət daşıyır. Əsas çağırışımız odur ki, gənclər qlobaliqlim fəaliyyətinə daha da sadiq olsun, bu prosesdə özməsuliyyətlərini dərk etsin və gələcəyin peşəkar danışıqlaraparıcıları kimi formalaşsın”.

Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri üzrəyüksəksəviyyəli çempionu Nigar Arpadarai çıxışı zamanı gənclərəmüraciət edib. "Əziz gənclər, bir həqiqəti vurğulamaq istəyirəm. Butədbir sadəcə bir toplantı deyil, hərəkatdır. İqlim fəaliyyətiniirəli aparan ən güclü qüvvə sizsiniz! Sizin enerjiniz, ideyalarınızvə təciliyyət hissiniz. Bunlar sadəcə ruhlandırıcı deyil, həm də bumübarizənin ayrılmaz əsas şərtidir. Azərbaycan COP29-a ev sahibliyiedəndə dünya ümid və qətiyyətlə Bakıda bir araya gəldi. Bu, bizimüçün qürur və məsuliyyət anı idi. Amma həmin prosesin əsl mirasıyalnız imzalanmış sənədlərdə və ya verilmiş öhdəliklərdə deyil,ondan sonra görüləcək işlərdədir. Çünki iqlim dəyişikliyi uzaqgələcəyin deyil, bu günün reallığıdır. O, sizin gələcək həyatınızaçox təsir edəcək. Unutmayaq ki, heç bir yol xəritəsi, qlobalöhdəlik sizin liderliyiniz, israrınız və təzyiqiniz olmadan uğurlahəyata keçirilə bilməz. Dünyanın hər yerində gənclər artıq öncüllükedirlər. Təmiz enerji startapları yaradır, ekoloji layihələrərəhbərlik edir, maarifləndirmə aparır, ədalət tələb edir vəhəmyaşıdlarını cəsarətlə səfərbər edirlər. Elə burada Azərbaycandada gənclər yaşıl həllər hazırlayır, plastik tullantılara qarşımübarizə aparır, Xəzərdən dağ kəndlərinə qədər meşələrin bərpası vətəbiəti mühafizə təşəbbüslərinə qoşulurlar. Siz göstərirsiniz ki,ambisiya yalnız sözlərlə ölçülmür, ambisiya insanları, icmaları vəbütün sistemi dəyişdirən real hərəkətdir. Bu Forum sizinplatformanızdır, innovasiya etmək, ideyalarınızı bölüşmək,siyasətlərin formalaşmasına təsir göstərmək üçün bir fürsətdir.Bizim mövqeyimiz açıqdır: gənclər bu prosesin mərkəzindəolmalıdırlar. Azərbaycan olaraq biz gənclərin gücləndirilməsiniyalnız düzgün deyil, həm də ağıllı seçim hesab edirik. Ölkəmiziqtisadiyyatını şaxələndirərkən, bərpaolunan enerji sahəsiniböyüdərkən və iqlim dayanıqlığını gücləndirərkən bu dönüşümün əsashərəkətverici qüvvəsi məhz siz – sizin bacarıqlarınız,innovasiyanız və liderliyiniz olacaq. Əlbəttə, gələcəkçətinliklərlə doludur: süni intellekt, rəqəmsallaşma və iqlimdəyişikliyi dünyanı yeni çağırışlarla üz-üzə qoyur. Lakin, eynizamanda, böyük imkanlar da gətirir. Bu imkanlardan necəyararlanmaq, yeni bacarıqları necə qazanmaq və gələcəyinizi necəformalaşdırmaq isə artıq sizin əlinizdədir, əziz gənclər! Buradaolduğunuz üçün hər birinizə təşəkkür edirəm. Bilin ki, Azərbaycanvə COP29-un sədrliyi olaraq biz həmişə yanınızdayıq vətəşəbbüslərinizdə sizi dəstəkləməyə hazırıq. Gəlin birlikdə sözləriəmələ, əməli isə qalıcı dəyişikliklərə çevirək", - deyə obildirib.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi VladankaAndreeva gənclərin insanlığın birgə hərəkətini təmin edən əsasqüvvəsi olduğunu qeyd edib. O, fikirlərinə belə davam edib: "Dünəneşitdiyim çox gözəl ifadəni bölüşmək istəyirəm: bir-birimizə qarşıməsuliyyətimiz var. Bu, yalnız yaşaya biləcəyimiz planet üçündeyil, həm də təmiz su və yaşıl gələcək üçün məsuliyyət deməkdir.Siz elə bir mənəvi aydınlıq gətirirsiniz ki, bu, bizləri hər zamandaha məsuliyyətli olmağa həvəsləndirir. Bugünkü Forum sizə üç əsasmövzunu müzakirə etmək imkanı verir. Birincisi, rəqəmsal alətlər –iqlim fəaliyyətində şəffaflıq, səmərəlilik və hesabatlılığı necəgücləndirə bilərlər.

İkincisi, şəhər inkişafı – gələn ilin mayında Bakı 13-cü DünyaŞəhər Forumuna ev sahibliyi edəcək. Gənclərin səsi şəhərləri iqlimədavamlı, dayanıqlı və təhlükəsiz etməkdə həlledici olacaq.Üçüncüsü, iqlim diplomatiyası - diplomatiya gündəlik bacarıqdır,lakin iqlim diplomatiyası xüsusilə vacibdir. Geosiyasidəyişikliklər fonunda qarşımızda elmi arqumentlərə əsaslanmayantərəflər də olacaq. Buna baxmayaraq, planetimiz ortaq evimizdir vəgələcək nəsillər üçün ortaq razılıq və yol tapmaq bizimborcumuzdur. İqlim böhranı dövrümüzün ən böyük çağırışıdır. Lakinsizin yaradıcılığınız, əzminiz və vizyonunuz bu böhranı böyük birtransformasiya fürsətinə çevirə bilər. Birləşmiş MillətlərTəşkilatı, qlobal komanda və mənim həmkarlarım Azərbaycandagənclərin yanındadır. Biz gənclərin liderliyini dəstəkləməyə,onların səsini gücləndirməyə və onları dayanıqlı, yaşıl və ədalətligələcəyin formalaşmasında bərabərhüquqlu tərəfdaş etməyə sadiqik.Gəlin gələcəyimizi birlikdə quraq!”.

COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova Bakı İqlimFəaliyyəti Həftəsi 2025 çərçivəsində keçirilən ilk GənclərForumunun həm tarixi bir mərhələ, həm də gənclərin iqlim həllərindəliderlik rolunu formalaşdıracaq güclü bir ənənənin başlanğıcıolduğunu diqqətə çatdırıb.

Leyla Həsənova vurğulayıb ki, Bakı İqlim Fəaliyyəti Həftəsiyalnız dəyirmi masa müzakirələri üçün deyil. Məqsəd bütün cəmiyyətibu məsələyə cəlb etmək, böhranı həll etmək və iqlim mövzusunu hərkəsin gündəliyinə gətirməkdir. “Növbəti iki gün ərzində bu Forumgəncləri, siyasətçiləri, beynəlxalq təşkilatları və innovatorlarıbir araya gətirəcək. Məqsəd iqlim fəaliyyətini rəqəmsaltransformasiya, təmiz enerji, dayanıqlı şəhərlər və iqlimdiplomatiyası vasitəsilə irəli aparmaqdır. Sabah isə tematik qrupişləri ilə davam edəcəyik və iştirakçılar artıq öyrəndiklərinitətbiq edəcəklər. Burada əsas diqqət mesajların düzgün qurulmasına,gənclərin prioritetlərinin və həll yollarının aydın şəkildəeşidilməsinə yönələcək. Bu Forumdan kənarda isə builki Bakı İqlimFəaliyyəti Həftəsi ən geniş gənclər proqramına sahibdir. Həftəboyunca "Sustainable Expo", "Planet üçün İncəsənət və İnnovasiya",kənd təsərrüfatı üzrə gənclər üçün seminar, ADA Universitetindəiqlim dəyişikliyi üzrə ikinci tədbir və Dayanıqlı KaryeraYarmarkası da keçiriləcək. Bunların hamısı göstərir ki, gənclərelmdə, innovasiyada, incəsənətdə və təhsildə liderlik edirlər vəkaryera yollarını qururlar. Siz burada ideyaları irəli gətirməküçün cəsarət, köhnə modelləri aşmaq üçün yaradıcılıq və uşaqların,gənclərin səsinin qərar qəbuletmənin mərkəzində olmasını təminetmək üçün əlaqələr nümayiş etdirəcəksiniz", - deyə o diqqətəbildirib.

Tədbir "İdeyalardan hərəkətə: rəqəmsal transformasiya davamlıinkişafı necə təmin edir", "Baxışdan reallığa: daha yaşıl dünyaüçün təmiz enerji və şəhər inkişafı","Danışıqlardan hərəkətə:iqlimə davamlılıq üçün diplomatiya" mövzularında panelmüzakirələrlə davam edib.

"İdeyalardan hərəkətə: rəqəmsal transformasiya davamlı inkişafınecə təmin edir" panel müzakirəsinsə çıxış edən

İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasətşöbəsinin müdir müavini Arzu Tairquliyeva-Nağıyeva iqtisadiidarəetmənin çevikləşdirilməsi, sosial sistemlərin səmərəliliyininartırılması və ekoloji siyasətlərin gücləndirilməsinin bu günprioritet məsələ olduğunu bildirib. Qeyd olunub ki, texnologiyanınsürətli inkişafı həyatımızı dəyişir və təhsil bu dəyişikliklərəcavab olaraq insanlara lazımi bacarıqlar qazandırır, cəmiyyətə vəplanetə fayda verir.

Onun sözlərinə görə, Azərbaycan 2022-ci ildən etibarən BMT vətərəfdaş qurumlarla birgə Davamlı İnkişaf Məqsədləri üzrə dialoqlartəşkil edir. Hər il ən azı iki belə dialoq keçirilir. Bu iliniyununda keçirilən ilk dialoq təhsilə ömürboyu öyrənmə və gələcəkbacarıqlara həsr olunub. İki həftə sonra isə yeni dialoq baştutacaq və əsas mövzu yenə də Azərbaycanın davamlı inkişafı üçüntəhsilə investisiya olacaq.

Rəqəmsallaşma əmək bazarını köklü şəkildə dəyişir.

Azərbaycanın “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dairMilli Prioritetlər” və “2022-2026-cı illərdə sosial-iqtisadiinkişaf Strategiyası” insan kapitalının inkişafınıprioritetləşdirir. Bu istiqamətdə yeni təhsil məzmunu hazırlanır,mövcud kadrların bilikləri artırılır. İqtisadiyyat Nazirliyi əməkbazarını izləyir və rəqəmsal ixtisaslara xüsusi önəm verir.

Bu çərçivədə Dördüncü Sənaye İnqilabı Akademiyası artıq 10 minnəfərə ödənişsiz təhsil imkanı verib, 1800-dən çox kurs təqdimedib. Süni intellekt, data analitikası, blockchain, buludtexnologiyaları və yumşaq bacarıqlar əsas mövzulardır.

Dövlət tərəfindən maliyyələşdirilən təhsil proqramlarının sayıda artır. Hazırda qəbul olunan tələbələrin təxminən 90 faizi dövlətsifarişi ilə oxuyur, bu isə əvvəlki illərlə müqayisədə 50 faizartım deməkdir.

O bildirib ki, təhsil hər bir transformasiyanın xüsusilə dərəqəmsal transformasiyanın mərkəzində dayanır. Əgər biz gəncləridüzgün bacarıq və dəyərlərlə təmin etsək, texnologiya dayanıqlılıq,bərabərlik və innovasiyanın ən güclü alətinə çevriləcək.

Hazırda qlobal e-tullantı monitorinqinə rəhbərlik etdiklərinibildirən Beynəlxalq Telekommunikasiya İttifaqının MDB üzrə regionaldirektoru Natalia Moçu son hesabatlarına görə, dünyada ildətəxminən 62 milyon ton elektron tullantı yarandığını və bu rəqəmin2030-cu ilə qədər 75 milyon tona çata biləcəyini diqqətə çatdırıb:"Bu, çox ciddi çağırışdır. Ona görə də gəncləri praktikitəşəbbüslərə qoşulmağa, startaplar yaratmağa, innovativ ideyalarlae-tullantıların azaldılmasına dəstək olmağa dəvət edirik. Çünki hərgün istifadə etdiyimiz telefon, kompüter və digər cihazlarköhnəldikdə tullantıya çevrilir, lakin onların iqlimə təsirini çoxvaxt nəzərə almırıq. Halbuki məsuliyyətli yanaşma ilə biz həmtəbiəti qoruya, həm də dayanıqlı rəqəmsal gələcək qurabilərik".

Qeyd edək ki, Gənclərin İqlim Forumunun işinə oktyabrın 1-dəyekun vurulacaq.

Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Chosen
11
7
az.trend.az

8Sources