EN

Fasiləyə lider mövqeyində yollanmaq istəyirik Elgiz Kərəmli

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

1-ci Liqanın 4-cü turunda lider "Şəfa" MOİK-i qəbul edəcək. Oktyabrın 2-də Binə qəsəbə stadionunda keçiriləcək görüş ərəfəsində meydan sahiblərinin baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb hələ qələbə sevinci yaşamayan "hərbçilər"lə matçdan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"MOİK 1-ci Liqanın təcrübəli komandalarından biridir. Bu mövsüm heyətlərini də gücləndiriblər. Çempionata yaxşı başlamasalar da, onları iddiali komanda olaraq görürəm. Buna gorə də oyuna çox ciddi hazırlaşırıq. Bilirsiniz ki, bu matçdan sonra milli komandaların oyunları ilə əlaqədar iki həftəlik milli fasilə olacaq. Qələbə qazanaraq turnir cədvəlində lider  mövqeyində qalmaq və fasiləyə yuksək əhval-ruhiyyə ilə getmək istəyirik".

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
34
1
fanat.az

2Sources