EN

COP30 prezidenti: COP29 da tarixi nailiyyətlər əldə edən Bakının təcrübələrindən istifadə edəcəyik

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

COP29-da Azərbaycanda gördüyümüz qonaqpərvərliyi COP30-da Braziliyaya gələn qonaqlarımıza göstərəcəyik.

Bunu "Report"un ABŞ bürosuna açıqlamasında COP30-un Prezidenti, braziliyalı səfir Andre Correa do Lago deyib.

Lago bildirib ki, Braziliya ötən il COP29-a ev sahibliyi edən Azərbaycan ilə mütəmadi əlaqədədir:

"Biz bu həftə Nyu-Yorkda iqlimlə bağlı çoxsaylı görüşlər keçirdik və COP29-un sədri Muxtar Babayevlə bir araya gəldik. Onunla çox sıx əməkdaşlıq edirik ki, Bakının nəticələri daha da güclənsin və ilin sonunda Braziliyada keçiriləcək COP-a yaxşı hazırlaşa bilək".

COP30-un Prezidenti qeyd edib ki, Azərbaycan hökuməti COP tarixində iqlim diplomatiyasında ən mürəkkəb və texniki məsələlərdən birini həll edib:

"Bakı COP29-da Paris Sazişi qaydalar kitabçasının tamamlanmasına nail oldu. Paris Sazişi çərçivəsində uzun illərdir həll edilməli olan bir sıra məsələlər vardı və Bakı onların hamısını yekunlaşdırdı. COP29 Sədrliyi çoxtərəfli beynəlxalq danışıqlar çərçivəsində uzun müddət açıq qalan məsələlərin həllinə nail oldu.

Ən önəmli iki uğur isə bunlar idi: illərlə nəticəsi gözlənilən 6-cı maddənin bağlanması və COP29 iqlim büdcəsi üzrə əsas nəticə – inkişaf etməkdə olan ölkələr üçün maliyyə vəsaitinin artırılmasına dair razılaşma və yeni mexanizmin yaradılması. Azərbaycanın COP29 Sədrliyi Paris Sazişinin 6-cı maddəsi çərçivəsində yüksək keyfiyyətli karbon bazarları ilə bağlı 10 ildir davam edən danışıqlara nəhayət yekun vurulduğunu elan etdi. Həmçinin COP29-da iqlim diplomatiyasında ən mürəkkəb və texniki məsələlərdən birini həll etdi. Biz Bakının təcrübələrindən istifadə edəcəyik. Ən əsası onu deməliyəm ki, Bakıda bizi çox yaxşı qarşıladılar. Biz də qonaqlarımızı sizin kimi qarşılayacağıq. Doğrudur, noyabr ayında COP30-un keçiriləcəyi Belem şəhəri Bakıya nisbətən xeyli isti olur, ona görə də oradakı şərait tamamilə fərqli olacaq".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
3
baku.ws

4Sources