Goranboy rayonunda qəzaya düşən yük maşını yanıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, qoşqulu yük maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir işıq dirəyinə çırpılıb. Qəza nəticəsində yük maşınında yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib, yanğın söndürülüb. Məlumata görə, yük maşınının yük yerində Azərbaycan Ordusuna məxsus texnika olub. Faktla bağlı araşdırma aparılır.