EN

Kral ailəsində tarixi hadisə: ilk dəfə bir qadın bunu etdi

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Niderlandın varis şahzadəsi Amaliya kral ailəsinin hərbi xidmətə başlayan ilk qadın üzvü olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “NOS” telekanalı məlumat yayıb.

Şahzadə Amaliya krallığın silahlı qüvvələrinin ehtiyatçı hazırlıq proqramına qəbul edilib. O, təlimi Niderland Kral Donanmasında keçir və artıq üçüncü sinif matros və üçüncü sinif əsgər rütbələri alıb.

Lakin gənc şahzadənin praktiki hazırlığı müvəqqəti olaraq təxirə salınıb. Buna səbəb onun atdan yıxılaraq qolunu sındırmasıdır. Hazırda şahzadə yalnız nəzəri dərslərdə iştirak edir.

Aysel Əliyeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
1
globalinfo.az

2Sources