BAKI, 01 oktyabr. TELEQRAF
2021-ci ildə Kapitol iğtişaşlarının iştirakçısı olan “Şaman” ləqəbli Ceykob Çansli (Jacob Chansley) ABŞ prezidenti Donald Trampa qarşı 40 trilyon dollarlıq iddia qaldırıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
26 səhifəlik məhkəmə iddiasında Çansli özünü ABŞ-ın "əsl prezidenti" və "qanuni baş komandanı" adlandırır. .
Eyni iddia sahibkarlar Elon Mask, T-Mobile, Varner Bros, ABŞ Federal Ehtiyat Sistemi, Milli Təhlükəsizlik Agentliyi, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və İsrail dövlətinə qarşı da qaldırılıb .
“Şaman” təzminat olaraq 40 trilyon dollar tələb edir və eyni zamanda ABŞ-ın dövlət borcunu ödəmək üçün eyni nominalda və bir unsiya (28,3 qram) ağırlığında sikkə buraxmağı təklif edir.
İddianın mətnində Çansli əmin olduğunu bildirir ki, Kristofer Nolanın “Qaranlıq cəngavər” və Ceyms Kemeronun “Avatar” filmlərinin süjetləri onun əsərlərindən götürülüb.
2021-ci il yanvarın 6-da Ceykob Çansli Kapitolidəki iğtişaşlarda iştirakına görə 41 ay həbs cəzasına məhkum edildi. O həmçinin 2000 dollar cərimə edilib və üç il nəzarət altında azadlığa buraxılıb. Çansli 2025-ci ilin yanvarında Tramp tərəfindən əfv edilib.