Bizim.Media xəbər verir ki, alimlər apardıqları təcrübədə könüllüləri “az su içənlər” (gündə 1,5 litrdən az) və “çox su içənlər” (qadınlar üçün təxminən 2 litr, kişilər üçün 2,5 litr) qruplarına bölüblər.
Sosial stress testindən sonra “az içənlərdə” tüpürcəkdə kortizol səviyyəsi kəskin artıb — balansı qoruyanlarla müqayisədə təxminən 50% çox. Halbuki hər iki qrup subyektiv olaraq eyni dərəcədə həyəcan keçirib.
Bu vəziyyət əsasən vazopressin hormonu ilə bağlıdır. Su çatışmadıqda o, böyrəklərə mayeni qorumağa kömək edir, eyni zamanda hipotalamusu stimullaşdırır. Nəticədə kortizol artır.
Maraqlıdır ki, insan bu zaman demək olar ki, susuzluq hiss etmir. Buna görə də həkimlər bunu “gizli susuzlaşma” adlandırırlar. Bu vəziyyət xroniki hal alarsa, narahatlıq pozuntuları, ürək və maddələr mübadiləsi problemlərinin riski dəfələrlə yüksəlir.
Beləliklə, səbəbsiz yerə qəfil narahatlıq hiss edirsinizsə, əvvəlcə bir stəkan su için. Bəzən bu, antistress metodlardan heç də geri qalmır.
5Sources
-
olaylar.azStressdən qurtulmağın QEYRİ-ADİ YOLU tapıldı - ARAŞDIRMA ( 21956197)
-
milli.azStressdən qurtulmağın QEYRİ-ADİ YOLU tapıldı - ARAŞDIRMA ( 21955621)
-
demokrat.azStressdən qurtulmağın QEYRİ-ADİ YOLU tapıldı — ARAŞDIRMA ( 21913531)
-
bizim.mediaStressdən qurtulmağın QEYRİ ADİ YOLU tapıldı ARAŞDIRMA ( 21912403)
-
bizim.mediaStressdən qurtulmağın QEYRİ-ADİ YOLU tapıldı - ARAŞDIRMA ( 21912418)