UEFA Çempionlar Liqasının Liqa mərhələsində ikinci turun ilk oyun günü başa çatıb.
Yenisabah.az xəbər verir ki, "Qalatasaray" doğma meydanda "Liverpul"u qəbul edib. Oyunda bir qol vurulub. "Qalatasaray" güclü rəqibini məğlub etməyi bacarıb - 1:0.
İlk turda "Qarabağ"a uduzan "Benfika" "Çelsi" səfərindən də xalsız qayıdıb - 0:1. pizza mizza
Günün digər qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb:
"Atalanta" - "Brügge" - 2:1;
"Kayrat" - "Real Madrid" - 0:5;
"İnter" - "Slavia Praqa" - 3:0
"Atletiko Madrid" - "Ayntraxt Frankfurt" - 5:1;
"Budyo Qlimt" - "Tottenhem" - 2:2;
"Marsel" - "Ayaks" - 4:0;
"Pafos"- "Bavariya" - 1:5.
Telegram kanalımız