EN

Əməkdar artist Cabir İmanov dəfn olundu

Əməkdar artist Cabir İmanov Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasimindən sonra dəfn olunub. 

 

Senzor.az bildirir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

 

Vida və dəfn mərasimlərində Cabir İmanovun yaxınları, sənət adamları, bir sıra rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Qeyd edək ki, Cabir İmanov ötən gün günorta saatlarında ürəktutmasından vəfat edib.

 

C.İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib.

 

1992–2001-ci illərdə "Parni iz Baku" Şən və hazırcavablar klubunun (KVN) üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə Şən və hazırcavablar klubunun Yay Kubokunun sahibi və 2000-ci ildə Şən və hazırcavablar klubu "Əsrin çempionu" olub. 2001-ci ildən "Planet Parni iz Baku" Şən hazırcavablar klubu teatrının aktyoru olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

 

Ailəli idi, 4 övladı var.

Chosen
20
45
senzor.az

10Sources