EN

"Qəbələ"nin futbolçusu dünya çempionatında OYUNA ÇIXDI

Çilidə 20 yaşadək yığmalar arasında dünya çempionatı keçirilir.

Bizim.Media xəbər verir ki, “Qəbələ”nin futbolçusu Salihu Nasiru da bu turnirin iştirakçısıdır.

O, çıxış etdiyi Nigeriya millisi ilə ilk görüşdə Norveçə 0:1 hesabı ilə məğlub olub. Əsas heyətdə oyuna başlayan Nasiru 78-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Nigeriya yığması növbəti görüşünü oktyabrın 3-də Səudiyyə Ərəbistanına qarşı keçirəcək.

Bizim.Media

Chosen
12
2
bizim.media

3Sources