EN

ABŞ diplomatı Allahşükür Paşazadə ilə sülh prosesində dini icmaların rolunu müzakirə edib

ABŞ-ın Bakıdakı müvəqqəti işlər vəkili Emi Karlon Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən ənənəvi dini konfessiyaları təmsil edən QMİ-nin Məşvərət Şurasının üzvləri ilə görüşüb.

 

Senzor.az bildirir ki, bununla bağlı ABŞ-ın Bakıdakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

 

Diplomatik nümayəndəlikdən qeyd ediblər ki, görüş zamanı E.Karlon avqustun 8-də keçirilən Vaşinqton sammitinin əhəmiyyətini və Cənubi Qafqazda davamlı sülhün və firavan gələcəyin qurulmasında dini icmaların mühüm rolunu vurğulayıb. 

 

Daha əvvəl bildirilmişdi ki, A.Paşazadə oktyabrın 1-də ABŞ-a səfərə gedəcək.

Chosen
167
7
senzor.az

9Sources