BAKI, 01 oktyabr. TELEQRAF
Filippində 6,9 maqnitudalı zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, təbii fəlakət nəticəsində azı 18 nəfər ölüb.
Məlumata görə, San-Remixio bələdiyyəsində idman-sağlamlıq kompleksinin binası çöküb. Dağıntılar altında qalanların olduğu bildirilir. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Tektonik mənşəli zəlzələnin episentri Sebu əyalətinin Boqo şəhərindən təxminən 20 kilometr şimal-şərqdə olub. Yeraltı təkanların ocağı Yerin 5 kilometr dərinliyində yerləşib.