EN

Evinizdə bu əşya varsa, dərhal atın!

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Mütəxəssislər odun sobalarının siqaret tüstüsünə bənzər şəkildə ağciyər sağlamlığına ciddi zərər verdiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, Amsterdamda keçirilən Avropa Tənəffüs Cəmiyyəti Konqresində təqdim edilən yeni araşdırma göstərib ki, odun sobası istifadə edən insanların ağciyər tutumu, istifadə etməyənlərlə müqayisədə daha sürətli azalır.

İngiltərədə aparılan "Yaşlanmanın Boylamsal Araşdırması" çərçivəsində minlərlə insan 8 il ərzində izlənilib. Onlara mütəmadi olaraq ağciyər funksiyası testləri aparılıb və FEV1 göstəriciləri ölçülüb. Bu göstəricinin aşağı olması tənəffüs xəstəlikləri, əlillik və vaxtından əvvəl ölüm riskini artırır.

Məlum olub ki, 2009-cu ildən bəri Böyük Britaniyada odun sobası səbəbilə yaranan hava çirkliliyi iki dəfə artıb. University College London-un araşdırmasına görə, odun sobası istifadə olunan evlərin payı 2022-ci ildə 9,4% idisə, 2024-cü ildə bu rəqəm 10,3%-ə yüksəlib.

Düşük gəlirli ölkələrdə aparılan tədqiqatlar odun tüstüsünün astma, KOAH və ağciyər xərçəngi ilə əlaqəsini sübut etmişdi. Yeni nəticələr Avropada da eyni risklərin olduğunu göstərir.

Həkimlər xəbərdarlıq edir ki, inkişaf mərhələsində olan uşaqlar və ağciyər tutumu zəif olan yaşlı insanlar bu risklərə qarşı daha həssasdır.

Fidan

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
2
news.milli.az

3Sources