EN

Azərbaycanda gediş haqqı ilə bağlı yeni versiya Türkiyə modeli

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avtobus və metroda gediş haqqının artırılması xüsusilə tələbələrlə bağlı güzəşt məsələsini gündəmə gətirib. Bildirilir ki, ölkədə 350 minə yaxın peşə, orta ixtisas və ali təhsil istiqamətində təhsil alan belə kontingent var. Onların da təxminən 200 min nəfərdən çoxu paytaxtdadır və demək olar ki, əksəriyyəti gündəlik ictimai nəqliyyatdan istifadə edir. Nəticədə son qərardan sonra tələbələr çıxılmaz vəziyyətdə qala bilərlər.

Tələbələrə ictimai nəqliyyatdan güzəştli istifadə üçün xüsusi kartlar hazırlana bilərmi? Başqa kimlər bu siyahıda olmalıdır?

Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyib ki, Türkiyədə azərbaycanlılar da daxil olmaqla bütün tələbələr güzəştli ictimai nəqliyyat kartı ilə təmin olunurlar:

“Onlar metro və avtobusdan istifadə edərkən gediş haqqını demək olar ki, yarı qiymətlə ödəyirlər. Sovet dövründə də tələbələrə aylıq güzəştli nəqliyyat kartı verilirdi. Dövlətin təyin etdiyi təqaüddən cüzi məbləğ çıxılır və hər ay metro, yaxud digər nəqliyyat vasitələri üçün güzəştli kart təqdim olunurdu. Bu günbelə bir modelin olmaması ciddi çatışmazlıqdır”.

İlqar Hüseynli

Ekspert bildirib ki, hazırda bir şagirdin gündəlik gediş-gəlişi 1,20 manat təşkil edir:

“Ailənin dörd üzvü nəzərə alındıqda, gündəlik nəqliyyat xərci 5-7 manat, aylıq isə 150-170 manata qədər olur. Bu məbləğ aztəminatlı ailələr üçün böyük yükdür. Bəzi Avropa ölkələrində gediş haqqının daha yüksək olduğu deyilir. Lakin həmin yerlərdə sosial təminatlar, əməkhaqqları və iş imkanları da genişdir. Azərbaycanda isə bahalaşma 10 qəpiklə izah edilə bilməz, gediş haqqının 40 və ya 50 qəpik olması da aztəminatlı ailələr üçün kifayət qədər ağır idi. Tələbələr yalnız dərsə gedib-gəlmir, həm də ictimai tədbirlərdə iştirak edir, muzeylərə, mədəniyyət ocaqlarına və digər yerlərə gedirlər. Bu isə əlavə xərclər yaradır. Ona görə də tələbələr və ən azı iki məktəbli övladı olan ailələr güzəştli nəqliyyat kartı ilə təmin edilməlidir. Pensiya və müavinətlə yaşayan şəxslər üçün isə bu xidmət tamamilə ödənişsiz olmalıdır. Hazırda qazilər və veteranlar üçün tətbiq edilən güzəştin əhatə dairəsi genişləndirilməlidir”.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
1
globalinfo.az

2Sources