Filippində 6,9 bal gücündə zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, bu barədə "GMA News" Filippinin Mülki Müdafiə Agentliyinə istinadən məlumat yayıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində ölənlərin sayı 60-a çatıb, 37 nəfər isə yaralanıb.
"Ölənlərin sayı getdikcə artır. Bizə 60 nəfərin öldüyü barədə məlumat daxil olub", - deyə Filippin Mülki Müdafiə Agentliyinin müşaviri Bernardo Alexandro bildirib.
Hakimiyyət orqanları bildirir ki, San-Remixio əyalətində idman-istirahət kompleksi çöküb, insanlar dağıntılar altında qalıb. Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.
Musavat.com