"Mən Rusiyaya nüvə sualtıqayığı göndərmişəm - heç kəs onun harada olduğunu tapa bilməz. Bu, bizim ən ölümcül silahlarımızdan biridir. Rusiyaya yönələ bilər, ona görə də çox ehtiyatlı olmalıdırlar. Lazım olsa, hamıdan yaxşı nüvə silahımız var."
Tramp bu açıqlamanı İsrail Baş naziri Netanyahu ilə görüşündən sonra və "Qəzza Barış Planı" barədə danışarkən verib.
Tramp bildirdi ki, Hamas-a planı qəbul etmələri üçün 3-4 gün vaxt verir; əks halda İsrail nə lazımdırsa edəcək.
Həmçinin Rusiya-Ukrayna münaqişəsinə toxunan Tramp deyib ki, Putin və Zelenskini danışıqlar masasına gətirmək lazımdır və o, bunun üçün çalışacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31